Cari ilin fevral ayında Sabunçu RİH başçısının yerlərdə 4 səyyar görüşü və inzibati binada 4 qəbulu keçirilib, 550-dən çox sakinin iştirakı ilə 70-ə yaxın müraciət dinlənilib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşların müraciətləri əsasən şəhid adının əbədiləşdirilməsi, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin və kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işsizlik, maddi yardım, torpaq sahələrinin sənədləşdirilməsi, asfalt örtüyünün çəkilməsi, içməli su ilə təchizat və s. məsələlərlə bağlı olub.
Qəbullarda edilən müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izahatlar verilib. Müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
Daha sonra RİH başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan ardıcıl və köklü islahatlar nəticəsində sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlər, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi, Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə sakinlərə ətraflı məlumat verib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli və icrasına nəzarət Sabunçu Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.



Son xəbərlər
Son Xəbərlər