Sabunçuda ev yandı

sabuncuda-ev-yandi
Oxunma sayı: 726

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yaxınlıqdakı qonşu evləri yanğından mühafizə olunub.

Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.