Sabunçuda evdə yanğın baş verib - Video

sabuncuda-evde-yangin-bas-verib
Oxunma sayı: 1344

Bakı şəhərinin Sabunçu rayonu, Ə.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 100kv.m. olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 30kv.m. sahədə və mətbəxi 9 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.