Sabunçuda Heydər Əliyevin 100 illiyi münasibətilə konsert keçirildi - Fotolar

sabuncuda-heyder-eliyevin-100-illiyi-munasibetile-konsert-kecirildi
Oxunma sayı: 1305

Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bakıxanov qəsəbəsində yerləşən istirahət parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, konsertdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, xidmət müəssisələrinin rəhbərləri, YAP Sabunçu rayon təşkilatının fəal üzvləri və yerli sakinlər iştirak ediblər.
 
Konsert tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bədii-musiqili proqramla davam edib.
 
Konsert proqramı atəşfəşanlıqla başa çatıb.