Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin Sabunçu qəsəbəsi 311 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə RİHB-nın müavinləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın Sabunçu QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Sabunçu bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən kanalizasiya sisteminin təmiri, məişət məsələləri, küçə itləri, işıq təchizatı və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
Qəbulun sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən qəbul iştirakçılarına bayram sovqatı təqdim edilib.



Son xəbərlər
Son Xəbərlər