Sabunçuda yanğın, ölən var

sabuncuda-yangin-olen-var
Oxunma sayı: 1558

Bakıda faciə ilə nəticələnən yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və 2 ədəd televizor yanıb. Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib, yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.