Bakıda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər