Sabunçuda yollar yenidən qurulacaq - 1,6 milyon manat ayrıldı

sabuncuda-yollar-yeniden-qurulacaq
Oxunma sayı: 1325

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə 2019-cu il dövlət büdcəsindən 1,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.