Sabunçunun başçısı etiraz edənlərə söz verdi - - Fotolar

sabuncunun-bascisi-etiraz-edenlere-soz-verdi-
Oxunma sayı: 2354


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Adil Vəliyev görüşdən sonra deyib ki, sakinlərə müəyyən köməklik olunacaq.

Sakinlər isə bildiriblər ki, görüşdə onlara ödəniləcək kompensasiyanın məbləğinin artırılacağına söz verilib.

Eyni zamanda onlara boş yerlərdə müvafiq torpaq sahələrinin ayrılmasının nəzərdə tutulduğu da deyilib.

Daha sonra İH başçısı söküntü işlərinin aparılacağı ərazilərə baxış keçirib.

Qeyd edək ki, sakinlər qəsəbə ərazisindən keçəcək Dairəvi yolun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazı olduqlarına görə bu addımı atıblar.

Onlar evlərin hər kvadratmetrinə görə 200-300 manat məbləğində kompensasiya təklif edildiyini bildiriblər.