Saç əkilməsinin tarixi - 1930-cu ildə

sac-ekilmesinin-tarixi-
Oxunma sayı: 1924

Bu gün geniş yayılmış saç əkilməsi əməliyyatı ilk dəfə Yapon dermotoloqlar Sasagava (1930) və Okuda (1939) tərəfindən həyata keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, 1943-cü ildə doktor Tamura müasir dövrdəki saç əkilməsi qaydalarına çox bənzəyən üsulla yəni tək bir saç telinin donor bölgədən alınaraq pubik bölgəyə əkilməsini həyata keçirib. 1959-cu ildə dermotoloq həkim Orentreiç günümüzdəki saç əkilmənin elmi təməlini təyin edən “donor dominansı” və “alıcı dominansı“ qaydalarını yaradıb.

1994-cü ildə Bobbi Limmer saç əkilməsi texnikasını tamamilə dəyişdirib. Stereomikroskop altında strip diseksiyonu ilə 1, 2 və 3 tük olan qreftlərin transferini reallaşdırıb.

Ən son 1996-cı ildə dermotoloq həkimlər Bernsterin və Rassman follikul unite ( FU) olaraq, tamamilə təbii nəticə əldə edilən saç əkilməsini həyata keçiriblər. Saç əkilməsi əməliyyatı şəxsin öz saçından olmaqla edilir. Saç əkilməsi 2 növ üsulla mövcutdur. FUE - üsulu ( Follikulyar Unit Ekstraksion ) saç köklərinin ənsə nahiyyəsindən 1mm çox incə parçalarla tək-tək alınması və ehtiyacı olan bölgəyə mikro texniklərlə tək-tək yerləşdirilməsi üsuludur.

FUT – üsulu ( Follikulyar Unit Transplantasion ) saçlı dərinin ənsədən kəsilərək alınması ilə əldə edilən saç köklərinin 1, 2 və 3-lü köklər şəklində mikroskop altında follikulyar unitlərə ayırıb ehtiyacı olan bölgələrdə açılmış olan kanallara əkilməsi üsuludur. Bu iki üsul arasındakı fərq saç köklərinin alınması şəkli qaydasındadır.

FUE üsulu FUT üsuluna görə saç alınan bölgədə daha az iz buraxır. Saç əkilməsi üçün başlanğıc yaş 25-dir. Hemofiliya, Trombofiliya və digər tibbi müalicəyə ehtiyacı olan xəstələrə saç əkilməsi əks-göstərişdir. Saç əkilməsindən sonra çox böyük nəticələr gözləyən şəxslərdə bu əməliyyat keçirilməməlidir. Şəxsə sadəcə öz saçından saç əkilməsi edilə bilər, başqa birindən edilə bilməz. Saç kökü canlı toxumadır və insanın immun sistemi başqasının toxumasını qəbul etməz. Ənsə nahiyyəsindəki saçlar nadir halda töküldüyünə görə əkilmiş saçlar da nadir halda tökülür. Saç əkilməsi yerli keyləşdirmə yolu ilə aparılır, paralel olaraq sedativ preparatlar təyin edilə bilər. Bir coxlarını narahat edən saç tökülməsini və kəpək problemini gicitkan ekstraktlı Tresan şampunundan istifadə etməklə də aradan qaldıra bilərsiniz.

Tresan şampunu Almaniyada yüksək texnoloji qaydalar əsasında təbii vasitələrdən hazırlanır. Fitoterapevtik və müalicəvi-gigiyenik vasitə olmaqla Tresan şampunu hər zaman saçlarınızın keşiyindədir. Tresan şampunlarının satışı apteklərdə nəzərdə tutulub.

Əlavə məlumat üçün tel. 055 907 32 22