Sacid Cavid istefa verdi

sacid-cavid-istefa-verdi
Oxunma sayı: 3371

Böyük Britaniyanın Maliyyə naziri Sacid Cavid istefa verib.

“Qafqazinfo”nun “Sky News” telekanalına istinadən xəbərinə görə, Cavid bu addımı Baş Bazir Boris Consonun hökumətin tərkibində keçirdiyi dəyişikliklər fonunda, xüsusilə də Baş Nazirin baş müşaviri Dominik Kamminqslə arasındakı qarşıdurmaya görə atıb.

İngilis siyasi ekspertlər Consonun martın əvvəlində növbəti maliyyə ili üçün büdcə layihəsini təqdim etməsini istədiyi Sacid Cavidi istefaya göndərəcəyini gözləmədiklərini ifadə ediblər.

Bildirilir ki, ölkənin yeni Maliyyə naziri Sacid Cavidin müavini Rişi Sunak ola bilər.

Qeyd edək ki, S. Cavid 2012-ci ildən İngiltərə hökumətində müxtəlif vəzifələr tutub. O, 2018-ci ilin aprelində Daxili İşlər Nazirliyinin rəhbəri təyin edilib. Conson 2019-cu ilin iyulunda hakimiyyətə gəldikdən sonra Maliyyə Nazirliyinin rəhbəri olub.