“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha canlı və güclü saçlar üçün ilk öncə doğru bildiyimiz yanlışlardan uzaq durmalıyıq.
Məsələn, bəzilərimiz saçlarını şampun yerinə sabunla yumağı seçir. Bunun daha təbii vasitə olduğunu düşünür. Halbuki, sabun saç dərisinə ziyandır. Sabun vasitəsilə yuyulan saçlarda, saç kökləri və dəridə ekzema, qaşınma müşahidə olunur. Bu da öz nöbəsində saç tökülməsinə səbəb olur.
Daha bir doğru sandığımız səhv isə tez-tez saçı kəsdirməkdi.
Saçı kəsdirmək bizim bu günə qədər bildiyimiz kimi saçı uzatmır və saç tökülməyinin qarşısını almır. Saç tökülməsi genetik, və ya saç kökü ilə əlaqəli problemlərdən qaynaqlanır. Buna görə də saçı tez-tez kəsdirmək saç tökülməsinə çarə deyil. Ancaq saç uclarındakı qırıqların kəsilməsinin saçların daha sağlam görünməsini doğru bir addımdır.
Növbəti ən böyük səhv isə saçları daha təmiz yumaq üçün isti sudan istifadə qaydasıdır. İsti su saç dərisini qurutmaqla yanaşı, saç dərisində qaşınmaya da səbəb olur. Sağlam saçlara sahib olmaq istəyirsinizsə saçlarınızı ilıq suyla yumanız daha məsləhətli olar.