“Qafqazinfo”ya açıqlamasında aktrisa Türkiyədə çəkiləcəyi yeni “Bütün dünya Çirkin” filmindən danışıb: “Türkiyə istehsalı olan “Tərkedilmiş” filmi haqda mənfi heç bir söz eşitmədik. Bu bizi çox xoşbəxt etdi. Bilirsiniz ki, filmdə həmyerlimiz Kamran Ağabalayevlə birlikdə rol almışıq. Ekran işi mayın 15-i isə Türkiyədə nümayiş olunmağa başlayacaq. Oradakı fikirlərdə mənə maraqlıdır. Filmin əvvəli yenidən çəkiləcək. Film Çirkin (Kamran Ağabalayev) obrazının xarakteri üzərində qurulub. Çirkinin necə pis insana çevrilməsindən bəhs edəcək. Filmin adı da “Bütün dünya Çirkin” olacaq. Orada da rol alacam. Çirkinin qadın prototipi olacam. Mənim üçün bu çox çətindir. “Tərkedilmiş”də suriyalı qaçqın kimi yadda qaldım, “Bütün dünya Çirkin”də isə fərqli, mənfi xarakterli qadın olacam. Xarici görünüşümü də dəyişəcəklər. Saçlarımı qırxacaqlar, rəngini dəyişib ağa boyayacaqlar. Hər şeyin təbii olmasını sevirəm. Bu mənə rola girməyimə kömək edir”.
Könül
Son xəbərlər
Son Xəbərlər