“Qafqazinfo”nun Tabloid.az-a istinadən məlumatına görə, qadınlar gənc yaşda saçlarını boyamağa başlayırlar. Kişilər isə dən düşmüş saçlarla yaşlı görünürlər. Lakin ağ saçları bitkilərin köməyi ilə rəngləmək mümkündür.
Saçların ağarmasının və tökülməsinin qarşısını almaq üçün sarımsaq ən yaxşı vasitədir
Ərzaqlar və hazırlanması:
Bir ədəd soğan və 5 diş sarımsağı yaxşıca əzin. Bu kütləyə bir yumurta sarısı və 1 çay qaşığı zeytun yağı əlavə edərək krem halına salın. Bu qarışığı saçlarınıza çəkib bir saat gözləyin. Bu maskanı həftədə bir gün istifadə edin. Həm saçlarınız sağlam olacaq, həm də onları boyamağa ehtiyac qalmayacaq.
Son xəbərlər
Son Xəbərlər