"Qafqazinfo"nun məlumatına görə, istifadə etdiyimiz daraqlar, forma verən yığımlardan tutmuş ən adi saç hörülməsinə kimi saçımıza bilmədən işgəncələr edirik.
Fen və digər düzləşdiricilər
Saça edilən isti əməliyyatlar saç tellərini qocaldır. Saçın istiyə qarşı müqaviməti zaman içində azaldığı üçün, bu əməliyyatların həftədə 2-3 dəfə edilməsi saçda qopma və qırılmaları artırır.
Tez-tez saçların boyanması
Əsasən də saç rənginin bir rəngdən sarıya dönməsi və ya sarı saçın qırmızıya boyanması kimi proseslər saça olduqca ziyanlıdır. Boyalı saçlarda nəm itir. Buna görə də nəmləndirici maskalardan həftədə 1-2 dəfə istifadə etmək məsləhətlidir.
Qaynaq saçlardan istifadə
Saçlara daha sıx görüntü versin deyə əlavə olunan qaynaq saç üsulu saçların ən böyük düşmənidir. Xüsusilə zəif saç quruluşu olan xanımlarda kəskin şəkildə tökülmə və qopmalar yaşandığı üçün müəyyən zaman içərisində keçəlləşməyə gətirib çıxarır.
Zümrüd
Son xəbərlər
Son Xəbərlər