“Payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin (atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.) kəskinləşməsi müşahidə oluna bilər. Yaz aylarında günəşin və dənizin faydalı təsiri sayəsində bu xəstəliklər heç bir narahatlığa səbəb ola bilməz”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mir-Riad Cavadzadə bildirib.
O qeyd edib ki, lakin payız-qış fəslində dermatozların mövsümi kəskinləşməsi başlayır. Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki dəyişikliklərinin patogenezlərində əhəmiyyətli bir rol oynayır. Qaşınan səpgilər və nevrotik pozğunluqlar ilə xarakterizə olunur.
M. Cavadzadə bildirib ki, orqanizmdə müəyyən vitamin çatışmazlığı zamanı dəridə, dırnaqlarda, saçlarda və selikli qışalarda dəyişikliklər müşahidə olunur:
“Dermatovenerologiyada vitaminlər və onların müxtəlif kompleksləri, xəstəliklərin müalicəsinə tətbiq olunan dərmanlar etiopatogenetik amillər və bədən arasındakı əlaqəni dəyişdirən qeyri-spesifik immunomodulyasiya terapiya üçün istifadə olunur. Məsələn, B qrup vitaminlərin (B1-B6, B9 və B12) çatışmazlığı ekzema, psoriaz, neyrodermit, cüzam, seboreya, atopik dermatit və s., C vitaminin çatışmazlığı allergik dermatozlar, xroniki atrofik akrodermatit və s., A vitaminin çatışmazlığı akne, psoriaz, saçların və dirnaqlarin distrofiyası və s., D vitaminin çatışmazlığı dəri vərəmi, psoriaz və s., E vitaminin çatışmazlığı isə ixtioz, dermatomiozit, seboreya və s. kimi dəri xəstəliklərini yarada bilər”.
Həkim, həmçinin dəridə ala-ağ ləkələrin səbəblərinə də aydınlıq gətirib. O qeyd edib ki, uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir. Elmi adı vitiliqo, el arasında ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Bu pozğunluqlar melanositlərin - piqment hüceyrələrinin - lezyon mərkəzlərində məhv olunması və ya kəskin azalması səbəbindən yaranır: “Xəstəlik hər yaşda görülə bilər. 50 faiz hallarda xəstəlik 20 yaşadək, xəstələrin üçdə birində 12 yaşa qədər müşahidə olunur. Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən artır. Vitiliqo ən çox qadınlarda rast gəlinir. Buna səbəb keyfiyyətsiz kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiliqo ailənin üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar arasında yayılması 7 faiz, eyni əkizlər arasında isə 23 faiz təşkil edir. Bu, xəstəliyin inkişafında genlərin rolu birmənalıdır.
Vitiligonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya aparılır. Vitiligonun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq məsləhətdir”.
M. Cavadzadə bildirib ki, ocaqlı alopesiya xəstəliyinin yaranmasına stres təsir edir: “Ocaqlı dazlıq və ya ocaqlı alopesiya tala-tala saç tökülməsi ilə müşahidə olunan xroniki saç xəstəliyidir. Elmi adı “aloepcia areata” olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Bir qayda olaraq, tam sağlamlıq fonunda kortəbii olaraq ortaya çıxır. Xəstəlik hər iki cinsdə eyni faizda olur. Qeyd edim ki, ocaqlı alopesiya əksər hallarda streslə əlaqədardır. Mütəxəssislər saçların qeyri-kafi həcmi və onların tökülməsinin əsas səbəbi kimi hormonal dəyişiklikləri, ümumi xəstəlikləri, yaş və ya dərmanların qəbulunu yox, stresi əsas amil kimi qəbul edirlər”.
Son xəbərlər
Son Xəbərlər