“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, Frunzik adlı, 1947-ci il təvəllüdlü erməni mövcud qaydalarını pozmaqla sərhəddən odlu silah keçirməkdə suçlanır.
Təhqiqat müəyyən edib ki, saxlanılan Ermənistan vətəndaşı məntəqədən Gürcüstana “Valter” sistemli odlu silah və 10 döyüş patronu keçirib. Hüquq mühafizəçiləri silahı onun avtomobilinin salonundan götürüblər.
Saxlanılan erməni günahını etiraf edib. Təhqiqat davam edir.
Son xəbərlər
Son Xəbərlər