“Sadə səhvlər olmamalıdır”- - Melli

sade-sehvler-olmamalidir-
Oxunma sayı: 718


Avropa Liqasında ölkəmizi təmsil edən paytaxt klubu sabah I təsnifat mərhələsinin cavab matçına çıxacaq. “Neftçi” Bakıda qollu (2:2) heç-heçə etdiyi Monteneqro təmsilçisi “Mladost”la bu dəfə səfərdə üz-üzə gələcək.

Qarşılaşma ilə bağlı klubun rəsmi saytına fikir bildirən Melli mərhələ adlamağın yollarından danışıb:“Müdafiədə ağıllı oynayıb, sadə səhvlər etməməliyik. Çünki qol vurmaq üçün şanslarımız olacaq. Qapımızın toxunulmazlığını qoruyub, əlimizə düşən imkanların birindən istifadə edə bilsək, bu bizə mərhələ adlamağa kifayət edəcək”. 

Qeyd edək ki, “Mladost” – “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.