Sadio Mane rəsmən “Bavariya”da

sadio-mane-resmen-bavariyada
Oxunma sayı: 1415

“Bavariya” “Liverpul”un futbolçusu Sadio Manenin transferini açıqlayıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Xəbəri rus dilində oxuyun: Агентский банкинг уже в Масаллы и Товузе!

Almaniya mətbuatı "Liverpul"un bu transferdən 41 milyon avro qazanacağını yazıb.

Mane 2016-cı ilin iyulundan "Liverpul"da çıxış edirdi. Hücumçu 2021/22 mövsümündə komandanın heyətində 51 matçda 23 qol vurub və 5 məhsuldar ötürmə edib.