“Zirə” dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, komanda müdafiə xəttini gücləndirmək məqsədilə Sadiq Quliyevlə müqavilə imzalayıb. Anlaşmaya əsasən, Sadiq cari mövsümün sonuna qədər “Zirə”nin formasını geyəcək.
Sadiq Quliyev ötən mövsüm də komandanın heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad transfer kimi “qartallar”ın sıralarına qoşulub.
Son xəbərlər
Son Xəbərlər