Sadıq Sadıqov cüdoçularla görüşdü

sadiq-sadiqov-cudocularla-gorusdu
Oxunma sayı: 999

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Avropa çempionatında medal qazanan cüdoçularımızı təbrik edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçuları uğurla çıxış edirlər. Orxan Səfərov qitə çempionatının gümüş, Rüstəm Orucov isə qızıl medalını qazanaraq tarix yazıblar. Yarışların gedişini Kazanda canlı izləyən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov cüdoçularımızı parlaq qələbələr münasibətilə təbrik edib.