Xəbər verdiyimiz kimi, FİFA-nın sorğusuna əsasən, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə dünyanın ən yaxşıları mükafatlandırıb.
“Qafqazinfo” sport7.az-a istinadən xəbər verir ki, mərasimdə "Barselona"nın ulduz futbolçusu Leonel Messi 5-ci dəfə "Qızıl top"a sahib çıxıb.
Məlum olduğu kimi, hər ölkənin milli komandasının baş məşqçisinə, onun kapitanına səsvermədə iştirak etmək hüququ verilir. Bundan başqa yerli jurnalistlərdən biri də öz seçimini edə bilər.
Maraqlıdı ki, Millimizin baş məşqçisi Robert Prosineçki "Qızıl top" əsas namizəd kimi Leonel Messini göstərib. İkinci kimi Kriştiano Ronaldonu təqdim edən xorvat çalışdırıcı, üçüncülüyə Tomas Mülleri layiq görüb. Kapitan Rəşad Sadıqov da ilk yerə Messini seçib. Prosineçki kimi kapitan da ikinciliyə Ronaldonu layiq görüb. Üçüncü kimi isə Sadıqov Luis Suaresə səs verib.
Son xəbərlər
Son Xəbərlər