Şadlıq evindən 10 min AZN-dən çox pul oğurladı - Foto

sadliq-evinden-10-min-azn-den-cox-pul-ogurladi
Oxunma sayı: 2845

Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.

“Qafqazinfo” xəbər verir ki, polisə müraciət edən obyektin mühafizəçisi orada olan seyfdən 5000 ABŞ dolları və 2020 manatın naməlum şəraitdə oğurlandığı bildirib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonu ərazisində saxlanılıb və o, ifadəsində etdiyi cinayəti etiraf edib.