Şadlıq evinin lüsturunu təmir edəndə yıxılıb öldü

sadliq-evinin-lusturunu-temir-edende-yixilib-oldu
Oxunma sayı: 2295

Xaçmaz şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 20-də şəhərin Nərimanov küçəsində yerləşən “Aygün” şadlıq sarayında fəhlə işləyən 1967-ci il təvəllüdlü Rəşid Məmmədov hündürlükdən yıxılaraq ölüb. Prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. Müəyyən olunub ki, R.Məmmədov yanvarın 19-da həmin şadlıq sarayında toy keçirilən zalın gipsalit materialdan hazırlanmış asma tavanına taxta nərdivanla qalxaraq kran vasitəsilə çilçıraqları aşağı endirib. Yanvarın 20-də isə çilçıraqların xarab olmuş lampalarını yenisi ilə əvəz edərək yenidən yerinə asmaq istəyib.

Bu zaman nərdivanla qalxıb hərəkət edərkən ayağı boşluğa düşüb və 6 metr hündürlükdən yıxılaraq metlax döşəmənin üzərinə düşüb və oradaca ölüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Murad Əhməd