SAF 2022-yə az vaxt qaldı!

saf-2022-ye-az-vaxt-qaldi
Oxunma sayı: 1071

5-9 dekabr tarixlərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə SAF 2022 – Beynəlxalq Azərbaycan STEAM Festivalı keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, festival Bakı Ekspo Mərkəzində təşkil ediləcək.

Ümumilikdə 1300-ə yaxın iştirakçının qatılacağı festival 11 kateqoriya üzrə keçiriləcək. Festivala qatılanlar sırasında 7 xarici ölkədən 127 əcnəbi iştirakçı da var. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edəcəklər.  

Festivalın münsif heyətinin tərkibində türkiyəli, israilli, fransalı, norveçli və çinli ekspertlər də olacaq.