“Safiye Sultan”a xəbərdarlıq - Layihə rəhbəri əsəbiləşdi

safiye-sultana-xeberdarliq
Oxunma sayı: 5181

“Muhteşem Yüzyıl- Kösem” serialında Safiye Sultan obrazını canlandıran Hülya Avşara xəbərdarlıq olunub.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, çəkiliş meydançasında gülməli video çəkib paylaşan aktrisa serialı ərsəyə gətirən şirkətin rəhbəri Timur Savcının qəzəbinə tuş gəlib.

Layihənin prodüseri müqavilə şərtlərinə uyğun olaraq Avşarın paylaşdığı videosunu silməyi tələb edib.

Savcı “Safiye Sultan” obrazında bu cür gülməli videoların paylaşılmasının əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə “həftəsonunu kiminlə keçirmək istəyərdiz?” adlı sorğu keçirilib. Yaşlı bir qadının cavabı isə ən çox gülüşə və müzakirələrə səbəb olmuşdu.