Safura şou-biznesə qayıdır?

safura-sou-biznese-qayidir
Oxunma sayı: 3516

Mərhum nazir Natiq Əliyevin oğlu Fərhad Əliyevlə 2013-сü ildə ailə quraraq musiqi karyerasına son qoyan müğənni Safura Əlizadə şou-biznesə qayıdır. 

“Qafqazinfo” xəbər verir ki, o, ingilis dilində ərsəyə gətirdiyi “High On Your Love” layihəsi ilə geri dönüş edir. 

Azərbaycanı “Eurovision- 2010”da təmsil edən sənətçi İsveç komandası ilə yenidən əməkdaşlıq etməyə başlayıb. 

Jonas Gladnikoffun prodüserliyi ilə ərsəyə gələn mahnının müəllifləri Will Taylor və Michael James Downdur.

Onlar sosial şəbəkədə layihənin cover fotosunu paylaşaraq “tezliklə” şərhini yazıblar.  Müğənni Safura isə qayıdışla bağlı hər hansı bir post paylaşmayıb. 

***

S. Əliyeva 1news.az-a açıqlamasında şou-biznesə qayıtmadığını, sadəcə olaraq bir mahnını Yeni il hədiyyəsi kimi dinləyicilərinə təqdim etdiyini bildirib.