“Sağalan xəstədən alınan plazma azı 3 pasiyentə faydalı ola bilər” - Video

sagalan-xesteden-alinan-plazma-azi-3-pasiyente-faydali-ola-biler
Oxunma sayı: 1565

Azərbaycanda koronavirusa qalib gəlmiş şəxslər digər pasiyentlərin sağalması üçün artıq plazma verməyə başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, ölümlə yaşam arasında mübarizə aparıb sağlamlıqlarına qovuşmuş həmin şəxslərlə bağlı “Xəzər” televiziyası reportaj hazırlayıb. Paytaxtdakı xəstəxanaların birində çalışan  və qulluq etdiyi pasiyentlərin birindən virusa yoluxan İsmayıl Əliyev də qan verərək xəstə insanların sağalmasına kömək olmağa çalışıb.

O, digər sağalan şəxsləri bu addımı atmağa çağırıb.