Koronavirusdan sağalanların sayı milyonu ötüb. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən dünyanın 210 ölkəsində 3 221 029 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı milyonu, ölənlərin sayı isə 228 mini keçib.
Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayından təqribən 3 dəfə çoxdur.
Belə ki, ölkədə 476 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 18-nin vəziyyəti ağır, 26-nın orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 23 nəfər virus səbəbindən həyatını itirib, 1267 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə yoluxma halı milyonu keçib. İspaniyada sağalanların sayında müsbət dinamika müşahidə olunur. Belə ki, Avropada ən çox sağalma halı bu ölkədədir: 132 min. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 27 mini ötüb.
Qonşu Türkiyədə yoluxma sayı artıq 118 minə çatır. İranda koronavirusdan sağalanların sayı hər ötən gün daha da artır. Ölkədə 73 mindən çox xəstə sağalıb. Virusun eyni zamanda yayıldığı digər Avropa ölkələri ilə müqayisədə Almaniyada hazırda xeyli az, 34 min aktiv xəstə var.
“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.
Sözügedən videoçarxı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər