“Sağalanların sayında artım müşahidə edirik”

“Sağalanların sayında artım müşahidə edirik”
Oxunma sayı: 861

“Ötən həftə 755 nəfər virusa yoluxma qeydə alınmışdı. Bu həftə 581 nəfərdə virus aşkar edilib, amma həftə başa çatmayıb. Bu, o deməkdir ki, yoluxma sayı hələ də azalmayıb”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, dalğa bir az stabilləşməyə doğru gedir, amma dəqiq bir söz demək olmaz: “Önümüzdəki həftədə bizi nəyin gözlədiyini bilmirik. Qətiyyən arxayınlaşmamalıyıq, qaydalara əməl etməyə davam etməliyik. Epidemioloji vəziyyəti nəzarətdə saxlaya bilsək, növbəti günlərdə sağalanların sayının artmasını gözləyirik. Bu həftə 581 nəfər yoluxub, 381 nəfər sağalıb. Sağalanların sayında artım müşahidə edirik”.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi