“Sağalsa belə, seçkiöncəsi işləyə bilməyəcək”

sagalsa-bele-seckioncesi-isleye-bilmeyecek
Oxunma sayı: 2019

“Robert Fitso hələ də “həyat və ölümün astanasında”dır.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

O, Fitso üçün dua etdiyini və Slovakiya üçün narahat olduğunu deyib.

Orbanın sözlərinə görə, Fitso sağalsa belə, yaxın aylarda, Avropa Parlamentinə seçkilər öncəsi mühüm məqamda işləyə bilməyəcək: “Bu situasiyada Robert Fitso və sülhpərvər Slovakiya bizim üçün çox faydalı olardı”.

Xatırladaq ki, mayın 15-də R.Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib. Əməliyyat olunan R.Fitso hazırda xəstəxanadadır.