Şağanda vurulan piyada xəstəxanaya aparılanda öldü

saganda-vurulan-piyada-xestexanaya-aparilanda-oldu
Oxunma sayı: 894

Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza dekabrın 9-da saat 12 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini E.Həmzəyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Tağıyevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.