Sağında Bayden, solunda Stoltenberq - Ərdoğan mühüm iclasda

saginda-bayden-solunda-stoltenberq
Oxunma sayı: 4187

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vaşinqtonda keçirilən iclasında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə liderini sammitin keçirildiyi Walter E. Konqres Mərkəzində ABŞ Prezidenti Co Bayden və NATO-nun Baş katibi Yens Stoltenberq qarşılayıb.

Qeyd edək ki, Ərdoğan sammit çərçivəsində ikitərəfli görüşlərini davam etdirəcək.

Onun görüşlərində Qəzzadakı vəziyyət müzakirə mövzusu olacaq.

Onu da bildirək ki, Türkiyə Prezidenti Baydenin Ağ Evdə liderlər və onların həyat yoldaşlarının şərəfinə verəcəyi şam yeməyinə də qatılacaq.