Şagirddə vərəm aşkarlandı - Sinif yoldaşlarına peyvənd vuruldu

sagirdde-verem-askarlandi
Oxunma sayı: 4899

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə vərəm xəstəliyi aşkar edilib. 

136 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya bildirilib ki, martın 31-də məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb.

“Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə martın 31-dən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub", - rəsmi məlumatda qeyd olunub.