Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən çıxarıldı - Yenilənib

sagirdin-doyulduyu-mektebin-direktor-evezi-isden-cixarildi
Oxunma sayı: 4862

Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli məktəbin direktor əvəzi işdən uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində məlumat verib. Müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən verilib. 

Qeyd edək ki, 112 saylı orta məktədə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olmuşdu. 

***

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edirdi: “Məktəbin şagirdləri arasında baş vermiş insidentlə bağlı aparılan araşdırma çərçivəsində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası digər şəxsə həvalə edilib.

Lətifə Mustafayeva həmin məktəbdə direktor müavini vəzifəsini yerinə yetirir”.