"Qafqazinfo"ya daxil olan məlumata görə, ötən ilin dekabrında məktəblini Kür çayında batmaqdan xilas edərkən həlak olmuş müəllim Əhliman Hüseynovun ailəsi üçün tikilən yaşayış evi tam hazırdır. 100 kvadrat metrlik bu evdə ailə üçün bütün şərait təmin olunub.
Xatırladaq ki, ötən ilin dekabr ayında 1957-ci il təvəllüdlü, Cavad kənd sakini, Sabirabad rayonun 5 saylı məktəbində müəllim işləyən Əhliman Hüseynov maşındakı şagirdi 9 yaşlı Hüseynova Güldəstəni həyatını xilas edən zaman çayda boğulmuşdu. hadisə isə belə olmuşdu:
"Müəllim hər gün çalışdığı şəhər məktəbinə yaşadığı kənddən 4 şagirdi özü ilə aparırmış. Lakin, həmin gün şagirdlərdən 3-ü dərsə getmək istəməyib. Qəzaya düşən müəllim yaxşı üzə bilsə də, Güldəstəni maşından çıxararaq xilas etmək üçün çox əziyyət çəkib. Əhliman qışqırmağa başlayıb ki, “Kömək edin, daha taqətim tükənir”. Bunu eşidənlər maşınlarını saxlayaraq ona tərəf qaçmağa başlayıblar".
Müəllim şagirdini suya atılan şəxsə tərəf itələyərək batıb. Ə. Hüseynovun meyiti isə beş aya yaxın davam edən axtarışlar nəticəsində iki gün əvvəl çaydan çıxarılıb. Meyit Ə. Hüseynovun batdığı yerdən 3-4 kilometr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər