Şagirdlər “20 Yanvar”ı andılar

sagirdler-20-yanvari-andilar
Oxunma sayı: 709

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar Nərimanov rayonundakı Məktəb Lisey Kompleksində anma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə rayonda yaşayan 20 Yanvar şəhid ailələri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və məktəbin müəllim-şagird kollektivi iştirak ediblər. Çıxış edənlər 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və ağır mənəvi, psixoloji və sosial nəticələri barədə ətraflı məlumat veriblər. Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən natiq bildirmişdir ki, faciənin törədilməsində əsas məqsəd Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olub.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirilib, şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirilib.