Şagirdlər ekskursiya etdilər

sagirdler-ekskursiya-etdiler
Oxunma sayı: 964

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun Dendroloji parkında  təşkil edilən tədbirdə Nəsimi rayonunun məktəblərində təhsil alan aztəminatlı ailələrdən, təhsildə və idmanda fərqlənən məktəblilərin bir qrupu  iştirak etmişdir.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqlara xoş istirahət arzu edib. Bildirib ki, ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin,sosial müdafiəsinin, sağlamlığının  yüksək səviyyədə təşkil edilməsidir. 

Məktəblilər  Sergey Yesenin adına Azərbaycan-Rus ədəbi əlaqələri Mərkəzində  və  Dendroloji parkda  yetişdirilən çoxsaylı ağac, bitki və güllərlə yaxından tanış olublar. 

Məktəblilər aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əyləniblər. Tədbirdə uşaqlar birgə nahar ediblər.