“Şagirdlər fevralın 1-də isti siniflərdə tədrisə başlayacaqlar”

sagirdler-fevralin-1-de-isti-siniflerde-tedrise-baslayacaqlar
Oxunma sayı: 1206

“Fevral ayının 1-dən ibtidai siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək. V-IX siniflər üzrə dərslərin bərpası haqqında qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, fevralın 1-dən tədrisə başlayanda nəzərdə tutulan əsas işlərdən biri istilik sisteminə nəzarətlə bağlıdır: “Bu prosesi tənzimləyəcəyik və fevralın 1-də şagirdlərimiz isti siniflərdə tədrisə başlayacaqlar”.

Gülnar Əliyeva