Şagirdlər İcra Hakimiyyətində rəhbər olublar- - Fotolar

sagirdler-icra-hakimiyyetinde-rehber-olublar-
Oxunma sayı: 1971


“Qafqazinfo”nun məlumatına görə, şargirdlər Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovla görüşüb və hədiyyələrlə mükafatlandırılıblar. 

Daha sonra uşaqlar gələcəkdə sahib olmaq istədikləri peşə sahələrinə uyğun olaraq idarə və müəssəsələrə yollanıblar. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatında və digər idarələrdə bir neçə saat keçirən uşaqlar sahib olmaq istədikləri peşə haqqında məlumat alıb, bəzi idarələrdə bir neçə saatlıq rəhbər olublar. Bayram münasibəti ilə Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət mərkəzində uşaqlar üçün musiqili-əyləncə proqram təşkil edilib.