Şagirdlər Şuşanın işğalını belə yad etdilər- - Foto

sagirdler-susanin-isgalini-bele-yad-etdiler-
Oxunma sayı: 1055


“Qafqazinfo”nun məlumatına görə, AAAF Park Yaşayış Kompleksinin “Zirvə” Liseyinin 1-ci sinif şagirdləri bu günü yaxalarına “ŞUŞA” sözünü yazaraq yoldaşları və müəlliməsi ilə yad ediblər.

Qeyd edək ki, ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.