Şagirdlərə dini mahnı oxudan müəllimə və məktəb direktoruna töhmət verildi - Video

sagirdlere-dini-mahni-oxudan-muellime-ve-mekteb-direktoruna-tohmet-verildi
Oxunma sayı: 8428

Sosial şəbəkələrdə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliminin şagirdlərə dini mahnı oxudarkən çəkilmiş videosu yayılıb. Mərkəzi Aran Regional Təhsil İdarəsi onlayn və sosial mediada şagirdlərə dini mahnının oxudulmasına dair yayımlanan həmin video ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo"nun məlumatına görə, Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

Qeyd edilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb:

"Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".