ABŞ-ın Las-Veqas şəhərində məktəbliləri daşıyan avtobus yolsuzluq avtomobili ilə toqquşub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qəza nəticəsində 11 nəfər yaralanıb. CİP-də olan qadın sürücü və az yaşlı uşağı ağır xəsarət alıb. Hadisə baş verən zaman məktəbli avtobusunda 37 şagird olub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis paktla bağlı araşdırmalara başlayıb.
Son xəbərlər
Son Xəbərlər