“Şagirdlərimizin nəticələrində irəliləyişlər olsa da, görülməli işlər çoxdur”

sagirdlerimizin-neticelerinde-irelileyisler-olsa-da-gorulmeli-isler-coxdur
Oxunma sayı: 1981

“PISA-da iştirakımız təhsilimizi qiymətləndirmək üçün əhəmiyyətlidir. 2006-cı ildə ilk dəfə iştirak etdiyimiz vaxtdan bəri şagirdlərimizin nəticələrində müəyyən irəliləyişlər görürük, lakin görüləcək çox işin olduğunu dərk edirik. Bu ətraflı təhlil bizə konkret çətinlikləri müəyyən etməyə imkan verir”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Bakıda keçirilən PISA üzrə II ISESCO Nazirlər Konfransında çıxışında qeyd edib.

Nazir öz çıxışında qiymətləndirmə mədəniyyətinin vacibliyindən danışıb və  PISA-nın təhsil sistemlərinə keyfiyyət mədəniyyəti gətirdiyini vurğulayıb: “Keyfiyyət mədəniyyəti çox vacib amil kimi qiymətləndirmənin yüksək səviyyədə aparılmasına imkan verir”.