Şagirdlərin daha bir qrupu Naxçıvana yola düşüb

sagirdlerin-daha-bir-qrupu-naxcivana-yola-dusub
Oxunma sayı: 861

Səbailli yeniyetmələrin daha bir qrupu Naxçıvana yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Sahil bağı”nda təşkil olunan mərasimdə rayon rəhbərliyi, aksiya iştirakçısı olan məktəblilər, onların valideynləri və təhsil aldıqları məktəblərin direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev şagirdlərə turun məqsədi barədə məlumat verib.

Bildirilib ki, iştirakçılar rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər arasından seçiliblər. Bu tur-aksiya sərçivəsində bir neçə gün əvvəl rayon məktəblilərinin birinci qrupu Naxçıvanda oluş, buranın görməli yerlərini gəzib, tarixi abidələri ilə tanış olublar.

Qeyd olunub ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük qrupu gəlib.

Sonra Səbailli məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirib və Naxçıvana yola düşmək üçün Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanına yola salınıblar.