Şagirdlərin döyülmə anını əks etdirən kadrları “Məktəblinin dostu” üzə çıxarıb

sagirdlerin-doyulme-anini-eks-etdiren-kadrlari-mekteblinin-dostu-uze-cixarib
Oxunma sayı: 4780

Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb.

Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 9 nömrəli tam orta məktəbdə baş verən hadisə “Məktəblinin dostu” tərəfindən müəyyən edilib:

“Bu gün onlayn və sosial mediada Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü yayımlanıb.

Qeyd edək ki, şagirdin döyülməsi halı həmin məktəbdə fəaliyyət göstərən “Məktəblinin dostu” tərəfindən müəyyən edilib. “Məktəblinin dostu” ümumi təhsil müəssisələrində şagirdlərə qarşı zorakılıq halları ilə bağlı mübarizə aparır. Təhsil Nazirliyi müəllimin fəaliyyətinə uyğun olmayan belə halların yolverilməz olduğunu bir daha vurğulayır”.