Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

sagirdlerin-elektron-yerdeyismesi-dayandirilir
Oxunma sayı: 1529

 31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilir ki, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.   

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.