Şagirdlərin məktəbdə yemək bişirməsinə aydınlıq gətirildi - Video

sagirdlerin-mektebde-yemek-bisirmesine-aydinliq-getirildi
Oxunma sayı: 10426

Sosial şəbəkələrdə Bakının 48 saylı məktəbində şagirdlərin yemək bişirməsi ilə bağlı görüntülər yayılıb.

Sözügedən məktəbdən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin məktəbdə yemək bişirməsi ilə bağlı yayılan videogörüntü ötən tədris ilində (2022-ci ilin mayın 16-sı) çəkilib.

“Uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər. Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb. Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb”, - qeyd olunub.