Şagirdlərin psixoloji pasportlarının hazırlanmasına başlanılıb - Açıqlama

sagirdlerin-psixoloji-pasportlarinin-hazirlanmasina-baslanilib
Oxunma sayı: 4551

Şagirdlərin psixoloji pasportları hazırlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin rəsmisi, Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində bildirib.

O, son günlər məktəblərdə yaşanan hadisələrin təkrarlanmasının qarşısının alınması məqsədilə şagirdlərin psixoloji pasportlarının hazırlanması işinə başlanıldığını qeyd edib.

“Bu şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayacaq mexanizmdir və gələcəkdə belə halların sayını minimuma endirmək mümkün olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, son günlər şagirdlərin davranışları ilə bağlı bir çox videogörüntü yayılıb və bunlar geniş müzakirələrə səbəb olub.