“Qafqazinfo” xəbər verir ki, bu gün Gəncə şəhərinin orta məktəblərində böyük sevinc və coşğu olub. Həm müəllimlər, məktəbi bitirən şagirdlər, həm də valideynlər üçün ən qürurlu gün idi.
Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə keçirilən “Son zəng” daha təntənəli qeyd olunub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ziyalılarının iştirak etdiyi tədbirin rəsmi hissəsi böyük təmtəraqla qarşılanıb. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məktəbin müəllim kollektivini və məzunlarını təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Sonda məktəbin təhsildə fərqlənən şagirdlərinə Fəxri fərmanlar təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər